Avropa Birliyində tibbi maska biabırçılığı - Dövlətlər bir-birinin məhsullarını müsadirə edir
Tarix: 03-04-2020 16:57 | Bölmə: Slayd
Avropa Birliyində tibbi maska biabırçılığı - Dövlətlər bir-birinin məhsullarını müsadirə edir

Yeni tip koronavirus infeksiyası Avropa Birliyinin əsaslarını sarsıdır.

Reyting.az
xəbər verir ki, COVİD-19 Avropa Birliyinin 4 ölkəsi - Fransa, İtaliya, Almaniya və İsveç arasında qoruyucu maska böhranına səbəb olub.

İsveçdə fəaliyyət göstərən Mölnycke sağlamlıq şirkətinin internet saytı yazır ki, Çindən İtaliya və İspaniyaya göndərilmək üzrə olan milyonlarla maska və tibbi avadanlığı Fransa müsadirə edib.

Şirkətin prezidenti R. Tvomey qeyd edib ki, sözügedən tibbi avadanlıqlar Fransa üzərindən İtaliya və İspaniyaya göndərilib. Fransa isə səhiyyə məhsullarının idxalını qadağan edib: “Fransanın öz istehsalı olmadığı təqdirdə maska və tibbi avadanlığa “əl qoyub”. Bu, son dərəcə rahatsız və uyğun olmayan bir hərəkətdir”.

Şirkət rəhbəri əlavə edib ki, Fransanın bu biabırçı əməlindən sonra Çindən idxal edəcəyi tibbi məhsulları Belçika vasitəsilə İtaliya və İspaniyaya çatdıracaq.

Qeyd edək ki, ötən həftə xarici KİV-lər Çindən idxal olunan və Almaniya ərazisindən İtaliyaya göndərilməsi planlaşdırılan tibbi məhsulların Almaniya tərəfindən müsadirə edildiyini də yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər