Çin koronavirusla əlaqədar cəzalandırıla bilər - Beş ölkənin kəşfiyyatı araşdırma aparır
Tarix: 03-05-2020 20:02 | Bölmə: Slayd
Çin koronavirusla əlaqədar cəzalandırıla bilər - Beş ölkənin kəşfiyyatı araşdırma aparır

Çini koronavirusla əlaqəli "cinayət səhlənkarlığı"na görə cəzalandırmaq istəyirlər.

Reyting.az
xəbər verir ki, müxtəlif ölkələrin Çinə qarşı hazırladığı mümkün iddia ilə bağlı Avstraliyanın “Daily Telegraph” qəzeti məlumat yayıb.

Qəzet COVID-19-la bağlı vəziyyətin ekspert qiymətləndirmələrini özündə ehtiva edən sənədin detallarını dərc edib.

Qeyd edilir ki, Uhan Virusologiya İnstitutundan bir qrup mütəxəssis Avstraliya Milli Elm Agentliyindəki Baytarlıq Laboratoriyası ilə əlaqə qurub və canlı yarasalarda tapılan ölümcül patogenlər üzərində araşdırma aparıb.

Qlobal fəlakətə səbəb olan Çində koronavirusun yayılmasını araşdırmaq “Beş göz” kəşfiyyat birliyində ABŞ, Avstraliya, Yeni Zelandiya, Kanada və Böyük Britaniya təmsil olunur.

Onlar Çin hakimiyyətinin virusla bağlı məlumatları gizlətmələrini, dəlilləri laboratoriyalarda məhv etmələrini və vaksin hazırlamaq üçün beynəlxalq tibb birliyinə canlı virus nümunələri verməkdən imtina etdiklərini fərziyyə kimi irəli sürüblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər