Rusiya, İran və Çin İngiltərə biolaboratoriyalarına kiber hücumlar edir
Tarix: 05-05-2020 11:53 | Bölmə: Slayd
Rusiya, İran və Çin İngiltərə biolaboratoriyalarına kiber hücumlar edir

İngiltərə universitetləri və laboratoriyaları COVID-19 epidemiyası ilə əlaqədar "düşmən dövlətlər"in hücumuna məruz qalır. Hakerlər ilk növbədə peyvəndin inkişafı ilə bağlı məlumatlara maraq göstərirlər.

Reyting.az
“The Guardian”-a istinadla xəbər verir ki, bunu Milli Kibertəhlükəsizliyi Mərkəzi (NCSC) açıqlayıb.

Kiber hücumların arxasında Rusiya, İran və Çin dayanır.

NCSC qeyd edir ki, koronavirusla bağlı məlumatları oğurlamağa yönəlmiş kiberhücumların nisbəti artıb. Üstəlik, heç bir hücum uğurlu alınmayıb.

İngiltərədə onlarla tədqiqat müəssisəsi yeni koronavirusla bağlı araşdırma aparır. Xüsusilə, diaqnostik testlər hazırlayırlar və müalicə rejimləri ilə təcrübələr həyata keçirilir.

Oskforddakı Cenner İnstitutu bu istiqamətdə ən böyük müvəffəqiyyət qazanıb. Orada hazırlanmış peyvənd artıq sənaye istehsalına başlanıb. Eyni zamanda, elm adamları könüllülər üzərində etdiyi sınaqların başlandığını elan ediblər. Sentyabr ayına qədər bir milyon doza dərman istehsal ediləcəyi gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər