Ali Məhkəmənin sədr müavini və məhkəmə kollegiyalarına sədrlər təyin edildi - Siyahı
Tarix: 06-05-2020 16:55 | Bölmə: Slayd
Ali Məhkəmənin sədr müavini və məhkəmə kollegiyalarına sədrlər təyin edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamda deyilir:

"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:

1. Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.

2. Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin.

3. Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.

4. Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.

5. Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilsin.

2. Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Digər sərəncamla Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

***




Bölməyə aid digər xəbərlər