Vilyam Hacıyev barəsində həbs qərarı verildi - Yenilənib
Tarix: 06-05-2020 18:25 | Bölmə: Slayd
Vilyam Hacıyev barəsində həbs qərarı verildi - Yenilənib

Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılıb.

İstintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.

Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb/APA.

***

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat nəticəsində Vilyam Hacıyev saxlanılıb. 

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Vilyam Hacıyev İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.




Bölməyə aid digər xəbərlər