ABŞ, Çin və Rusiyada koronavirusdan danışan həkimlər öldürülür
Tarix: 06-05-2020 19:21 | Bölmə: Slayd
ABŞ, Çin və Rusiyada koronavirusdan danışan həkimlər öldürülür

Dünyada COVID-19 pandemiyası elan edildikdən bu yana çoxlu sayda həkim, jurnalist və xeyli sayda fəal yoxa çıxıb. İlk dəfə Amerikada koronavirusu araşdıran çinli alim isə evində öldürülüb.

Reyting.az
xəbər verir ki, həkim Bing Liu dostlarına “koronavirusla bağlı çox əhəmiyyətli tapıntılar əldə etdim”,- dedikdən sonra qətlə yetirilib.

Epidemiya baş verərkən Çində də çoxlu sayda qəzetçi, həkim və aktivistin naməlum şəraitdə yoxa çıxdığı bildirilir.

ABŞ-da öldürülən çinli alim isə Pensilvaniya əyalətindəki Pittsburg Univeristetinin tibb fakültəsində işləyirmiş.

Hüquqşünaslar bildirib ki, Bing liu baş, boyun və gövdə nahiyəsindən güllə ilə vurulub. Bəzi şəxslər həkimin “koronavirusla bağlı əhəmiyyətli tapıntılar əldə etdiyini” dedikdən sonra öldürülməsini əsas götürərək qətlin dərman sənayesi ilə məşğul olanların sifarişi ilə baş verdiyini ehtimal edirlər.

Universitetin digər alimi İvet Bahar bildirib ki, həkim Liu qısa müddət ərzində COVID-19-la bağlı araşdırmalara başlayıb və bəzi nəticələr əldə edib.

Çinli həkimin evində öldürülməsi öncəki hadisələri də xatırladıb. Bildirək ki, Vuhan şəhərində koronavirus təhlükəsini fərq edib insanlara xəbərdarlıq edən həkim Ai Fen xəstəxananı tənqid edən reportaj verib. Bu reportaj televiziya proqramında yayımlandıqdan az sonra doktor Fen yoxa çıxıb.

Çinin qonşusu Rusiyada isə son iki həftədə koronavirus xəstələrini müalicə edən 3 həkim xəstəxananın pəncərələrindən aşağı atılıb. Moskvanın cənubundakı Voronezhdə Aleksandr Sulepov adlı təcili tibbi yardım həkimi koronavirus xəstəsi olmasına baxmayaraq işləməyə məcbur edildiyi haqda video yaydıqdan 10 gün sonra xəstəxananın II mərtəbəsindən yerə düşüb.

Onu da qeyd edək ki, koronavirusla bağlı araşdırma apararkən naməlum şəraitdə yoxa çıxan jurnalistlər və yaxud öldürülən həkimlər yazdıqlarımızla yekunlaşmır.




Bölməyə aid digər xəbərlər