Müəllimlərə güzəştli ipoteka krediti veriləcək - Fərman
Tarix: 07-05-2020 16:40 | Bölmə: Slayd
Müəllimlərə güzəştli ipoteka krediti veriləcək - Fərman

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər olunması ilə bağlı fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, Fərmana əsasən, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

İndiyə qədər bu müddət 5 il idi.

Eyni zamanda, qaydalara edilən əlavəyə əsasən, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyədək qanunvericilikdə bununla bağlı müddəa yox idi.




Bölməyə aid digər xəbərlər