Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələrin siyahısı bəlli oldu - Siyahı
Tarix: 09-05-2020 17:25 | Bölmə: Slayd
Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələrin siyahısı bəlli oldu

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı regionlar üzrə koronavirus infeksiyasının yayılma statistikasını açıqlayıb.

Reyting.az
xəbər verir ki, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, yoluxmalar Bakıda 47.5, Gəncə-Qazax zonasında 13,6, Aranda 10,2, Lənkəranda 9.4, Şəki-Zaqatalada 1, ölkə xaricindən gələnələr arasında isə 9,1 faiz faiz təşkil edib: "Xaricdən gətirilən vətəndaşlarımız mütləq karantində saxlanılmalıdır.

Bakıda isə bu gün aşkar olunan xəstələrin çoxu Nəsimi rayonunun payına düşür. Bəzi bölgələrdə yoluxma saylarında artım müşahidə olunur”.

TƏBİB-in İdarə Heyətinin sədri bu gün təqdim olunan rəqəmlərdən sonra vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:

"Bundan sonra “Məsuliyyətli ol” devizi ilə vətəndaşları qaydalara əməl etməyə çağıracağıq”.




Bölməyə aid digər xəbərlər