Çin koronavirusla mübarizədə səhvlərini etiraf etdi
Tarix: 10-05-2020 20:33 | Bölmə: Slayd
Çin koronavirusla mübarizədə səhvlərini etiraf etdi

Koronavirusun ortaya çıxmasını araşdırmağa razılıq verən Çin hakimiyyəti, koronavirusun sürətlə yayılmasının səhiyyə sistemindəki əvvəllər gizli boşluqları aşkara çıxardığını etiraf edib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, rəsmilər yoluxucu xəstəliklərin qarşısının alınması və erkən xəbərdarlıq sistemlərində islahatlar apılaracağını vəd edirlər.

Bu haqda Çinin sağlamlıq üzrə Milli komissiyasının nümayəndəsi Li Bin məlumat yayıb.

"Koronavirus epidemiyası hökumətimizi əhəmiyyətli bir sınağa çəkdi, bu bizim üçün səhiyyə sistemindəki boşluqlar və ciddi epidemiyalara qarşı mübarizənin əhəmiyyətli bir sınağına çevrildi”, - o, vurğulayıb.

Qurum rəsmisi qeyd edib ki, epidemiyalara qarşı mübarizədə çox miqdarda məlumatları emal etməyə və qiymətləndirməyə hazır olmalısınız.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Uhan Viroloji İnstitutunun yeni koronavirus COVID-19-un mənbəyi olduğuna dair çox sayda dəlil olduğunu söyləmişdi.

Ancaq Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un Çində bir laboratoriyada süni şəkildə yaradıldığına dair heç bir dəlil olmadığını söyləmişdi.




Bölməyə aid digər xəbərlər