Koronavirusla bağlı yeni faktlar aşkarlanıb
Tarix: 11-05-2020 13:20 | Bölmə: Slayd
Koronavirusla bağlı yeni faktlar aşkarlanıb

Koronavirusun ilk yayıldığı tarixlə bağlı yeni faktlar ortaya çıxıb. Məlum olub ki, sonradan COVID-19 adı verilən yeni virusun ortaya çıxması heç də 2019-cu ilin qış fəslinə təsadüf etmir.

Reyting.az
bu istiqamətdə ortaya çıxan yeni faktları təqdim edir:

Virusun ilk dəfə yayıldığı Vuhanda, Xəstəlik Nəzarət Mərkəzinin elm adamları qripə bənzər xəstəlikləri olan 640 nəfərdən - 2019-cu ilin 6 oktyabr və 2020-ci ilin 21 yanvar tarixləri arasında - götürülən nümunələrdən 9 nəfərdə koronavirus aşkarlayıb.

Virusun daha əvvəl ortaya çıxardığını sübut edən digər fakt 2019-cu ilin oktyabrında Vuhan şəhərində hərbçilər arasında keçirilən Olimpiya Oyunlarında baş verənlərdir. Məsələn, bu oyunlarda iştirak etmək üçün Vuhana gələn İtaliya və Fransa idmançıları, o cümlədən çoxlu sayda qonaqlar qəfildən xəstələnib. Qılıncoynadan Tagliariol deyib ki, o vaxt hamımız xəstəydik.

Amma Çin, rəsmi olaraq 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatına Hubey əyalətinin mərkəzi olan Vuhan şəhərində bəlli olmayan virus qaynaqlı xəstəliyin ortaya çıxdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il yanvarın 7-də yeni tip koronavirusun təsbit edildiyinə dair açıqlama yayıb, fevralın 11-də isə virusa “COVID-19” adı verilib.

Digər maraqlı fakt odur ki, Vuhan şəhərinin Tanhe hava limanı gömrük idarəsi 18 sentyabr 2019-cu ildə gələn bir təyyarədə sərnişinlərdən birinin səhhətinin kritik olduğu və nəfəs almaqda çətinlik çəkdiyi səbəbindən təcili tibbi yardıma müraciət edib. Bundan qısa müddət sonra dövlət mediasında çalışan jurnalist Vuhanda ilk Yardım Mərkəzi transfer virusunun kliniki olaraq yeni tip koronavirus olduğunu bildirib.

Digər tərəfdən, Çində “Yarasa qadın” ləqəbli virusoloq Şi Zhenglinin ötən ilin mart ayında çap olunan məqaləsində yarasanın yeyilməsi təhlükəsi haqqında xəbərdarlıq etməsi “virus dekabr ayından əvvəl yayılıb” sualı ətrafında müzakirələrə əsas verib.




Bölməyə aid digər xəbərlər