Məhkumlar azadlığa çıxmaq üçün özlərini koronavirusa yoluxdurub - Foto
Tarix: 12-05-2020 11:58 | Bölmə: Slayd
Məhkumlar azadlığa çıxmaq üçün özlərini koronavirusa yoluxdurub

Məhkumlar azadlığa buraxılmaları üçün özlərini koronavirusa (COVİD-19) yoluxdurub.

Reyting.az
xəbər verir ki, hadisə ABŞ-ın Los Angeles ştatındakı həbsxanalardan birində baş verib.

Məlum olub ki, 21 məhkum həbsxanadan erkən təxliyə edilməsi üçün bir-birini virusa yoluxdurub.

Bəlli olub ki, məhkumlar ardıcıl olaraq bir qoruyucu maskanı iyləyir, daha sonra hamısı eyni butulkadan su içir və bununla da virusa yoluxmağa başlayırlar.

Məlumata görə, mayın 4-dən bu yana ştatdakı həbsxanalarda yoluxma statistikası 60 faiz artıb. Bu müddət ərzində 357 məhkumun testi pozitiv çıxıb.

Bildirilir ki, ABŞ-da virusa yoluxan məhkumlar xüsusi ev şəraitində saxlanılır.

Məhkumlar azadlığa çıxmaq üçün özlərini koronavirusa yoluxdurub

Reyting.az




Bölməyə aid digər xəbərlər