İlham Əliyev instituta rektor təyin etdi - Sərəncam
Tarix: 12-05-2020 12:09 | Bölmə: Slayd
İlham Əliyev instituta rektor təyin etdi

Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyinatı ilə bağlı sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.

Qeyd edək ki, A. Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru idi. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.




Bölməyə aid digər xəbərlər