Partiya sədri: "Aldığımız silahlardan düşmənə qarşı istifadə zamanı çatıb" - Foto
Tarix: 12-05-2020 14:01 | Bölmə: Slayd
Partiya sədri: "Aldığımız silahlardan düşmənə qarşı istifadə zamanı çatıb"

“İranın Araz çayı üzərindən körpülər salması, Qarabağı işğal altında saxlayan separatçı rejimə dəstək verməsi birmənalı şəkildə pislənməlidir”.

Bu sözləri Reyting.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Partiya sədri əlavə edib ki, bu mövzunun məhz 2020-ci ildə gündəmə gətirilməsi maraqlıdır. Onun fikrincə, bu məsələ onu göstərir ki, kimsə gündəmin bu mövzu tərəfindən tutulmasında maraqlıdır.

Partiya sədri: "Aldığımız silahlardan düşmənə qarşı istifadə zamanı çatıb"
M. Mirəlioğlu

M. Mirəlioğlu xatırladıb ki, Araz çayı üzərindən SES tikilməsi haqqında razılaşma Azərbaycan və İran arasında 2016-cı ildə bağlanıb: “Bu razılaşmanı 2016-cı ildə Azərbaycan və İran nazirləri imzalayıb. Azərbaycan nazirinin nə ixtiyarı var ki, özbaşına belə bir razılaşma bağlasın? Bu məsələ birbaşa dövlət səviyyəsində müzakirə edilib, daha sonra parlamentdə məlum razılaşma ratifikasiya olunub. Ancaq bunun üzərindən 4 il keçdikdən sonra bu razılaşmanı imzalayanlardan, Xarici İşlər Nazirliyindən açıqlama tələb edirlər. Məncə, bu, gülməli məsələdir”.

Partiya sədri əlavə edib ki, İranın Azərbaycana münasibəti bəllidir: “Bizim də adekvat münasibətimiz olmalıdır. Söhbət qonşuluqdan, xalqdan getmir. İranın dövlət siyasəti təpədən-dırnağa qədər anti-Azərbaycan xarakterindədir.

İndi Araz çayı üzərindən yük maşınları keçib gedib, bunu hətta ermənilər də göstərib. Digər tərəfdən, 8-9 mayda Paşinyanın Qarbağda peyda olması, hansısa “parad” keçirməsi bizim acınacaqlı durumda olduğumuzu göstərir. Aldığımız milyardlarla silahlar nəyə lazımdır? Onları anbarlarda saxlamaq üçün almamışıq ki... Sabah, birisi gün anbarda partalayar. Bir cəsarətli addım atmaq lazımdır. Fikrimcə, bir tərpəniş olmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər