Kəmaləddin Heydərov generalı yeni vəzifəyə təyin edib - Dəyişiklik
Tarix: 14-05-2020 14:43 | Bölmə: Slayd
Kəmaləddin Heydərov generalı yeni vəzifəyə təyin edib

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr təyinatları olub.

Bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov daxili rotasiya qaydasında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor İsrail Əliyev Bakı Regional Mərkəzinin rəisi təyin olunub.

FHN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər