General və zabitlər qandallandı - DTX Sərhəd Xidmətindəki əməliyyatla bağlı açıqlama yaydı
Tarix: 14-05-2020 18:49 | Bölmə: Slayd
General və zabitlər qandallandı - DTX Sərhəd Xidmətindəki əməliyyatla bağlı açıqlama yaydı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Reyting.az
-a daxil olan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb: "Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar".

Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər