Kiyevdən Bakıya gətirilən 197 nəfər karantinə yerləşdirildi - Fotolar
Tarix: 14-05-2020 22:10 | Bölmə: Slayd
Kiyevdən Bakıya gətirilən 197 nəfər karantinə yerləşdirildi

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin məlumatına görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Kiyevdən Bakıya gətirilən 197 nəfər karantinə yerləşdirildi
Kiyevdən Bakıya gətirilən 197 nəfər karantinə yerləşdirildi
Kiyevdən Bakıya gətirilən 197 nəfər karantinə yerləşdirildi
Kiyevdən Bakıya gətirilən 197 nəfər karantinə yerləşdirildi

Reyting.az




Bölməyə aid digər xəbərlər