17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ prezidentinin qərarı etirazla qarşılandı: “Tramp söz azadlığını təhdid edir”
Tarix: 29-05-2020 09:38 | Bölmə: Slayd
ABŞ prezidentinin qərarı etirazla qarşılandı: “Tramp söz azadlığını təhdid edir”

ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
-ın “TASS”-a istinadla verdiyi məlumata görə, Tramp Ağ evdə jurnalistlərə deyib ki, bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzalayıb.

Prezident diqqətə çatdırıb ki, “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər: “Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”.

Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, "Twitter" şirkətinin rəhbərliyi ABŞ prezidentinin qərarını şərh edib. Bununla bağlı yayılan bəyanatda Trampın sosial şəbəkələr haqqında sərəncamı "irticaçı və siyasiləşdirilmiş" adlandırılıb.

"Twitter"in yaydığı bəyanatda qeyd olunur ki, ABŞ-ın əxlaq haqqında 230-cu qanununun bölməsi "Amerika innovasiyalarını və fikirlərin ifadəsi azadlığını müdafiə edir".

Qeyd edilir ki, Trampın birtərəfli qayda ilə yeni nizamasalma cəhdləri internetdə söz azadlığını təhdid edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}