Koronavirusdan ən çox ölüm olan ölkənin adı açıqlanıb
Tarix: 29-05-2020 14:20 | Bölmə: Slayd
Koronavirusdan ən çox ölüm olan ölkənin adı açıqlanıb

BMT-nin Baş katibi Antoniu Quterreş Yəmənin dünyada COVID-19-a görə ölüm səviyyəsinin ən yüksək ölkə olduğunu deyib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, məsələn, Aden şəhərində SARS-CoV-2-yə yoluxanların 70 faizi həyatını itirir. Ümumilikdə isə ölkədə yeni koronavirusdan ölüm halı 17 faiz qiymətləndirilir.

Baş katib beynəlxalq ictimaiyyəti bu dövlətə lazımi köməklik etməyə, o cümlədən maliyyə yardımı göstərməyə çağırıb.

BMT-nin humanitar məsələlər üzrə rəsmi təmsilçisi Yene Lerke bundan əvvəl Yəməndəki vəziyyəti kritik adlandırıb.

“Yəmən qədər koronavirusdan zərərçəkən başqa bir ölkə yoxdur”, - beynəlxalq təşkilat qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}