14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanın bu bölgələrində daha çox koronavirus yayılıb - Siyahı
Tarix: 29-05-2020 18:33 | Bölmə: Slayd
Azərbaycanın bu bölgələrində daha çox koronavirus yayılıb

"Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir. Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb".

Reyting.az
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri vurğulayıb ki, yoluxma yüksək olan rayonlar Masallı, Xaçmaz, Beyləqan, Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdir: "Bu ərazilərin sakinlərinin qaydalara ciddi əməl etmələrini tövsiyə edirik".

O bildirib ki, yoluxma göstəricisi yüksək olan rayonlarda qaydalar daha da sərtləşdirilə bilər: "Bu barədə qərar masa üzərindədir. Ona görə də vətəndaşlar daha diqqətli olmalıdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}