Rabitə Nazirliyinin yarıtmaz fəaliyyəti etirazlara səbəb olub
Tarix: 05-06-2020 14:10 | Bölmə: Slayd
Rabitə Nazirliyinin yarıtmaz fəaliyyəti etirazlara səbəb olub

Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdə deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, pandemiya dövründə provayderlər əhalini dayanıqlı internetlə təmin etməyib, onlayn əlaqələr tez-tez kəsilib.

F. Mustafa qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdiriləcək: "Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var".

Onu da qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yarıtmaz fəaliyyətinə etirazlar getdikcə artır. Ayrı-ayrı vətəndaşlar və deputatlar səviyyəsində haqlı narazılıqların ifadə olunması bu nazirliyin məsul şəxslərinə qarşı ciddi tədbirlərin görülməsini qaçılmaz edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}