ABŞ prezidenti Tehrandan kömək istədi
Tarix: 10-06-2020 15:03 | Bölmə: Slayd
ABŞ prezidenti Tehrandan kömək istədi

ABŞ prezidenti amerikalı məhbusu azad etdiyinə görə İranı tərifləyib.

Reyting.az
“The New York Times”-a istinadla xəbər verir ki, Donald Tramp Tehranı nüvə proqramı ilə bağlı böyük bir razılaşma əldə etməyə çağırıb.

“İrana öz prezidentliyinin sonuna qədər daha yaxşı şərtlərlə yeni saziş təklif edən Tramp sanki Tehranı onu yenidən prezident seçilməyə kömək göstərməyə dəvət edib”.

Bunu David Sanqar “New York Times” qəzetində yazıb.

Xatırladaq ki, ötən həftə amerikalı Maykl Uayt həbsdən azad edilib. Ondan əvvəl isə ABŞ-da məhbus həyatı yaşamış alim Sirus Əsgəri İrana qayıtmaq imkanı qazanıb.

IAEA-nın son hesabatı göstərir ki, Tehran son üç ayda aşağı zənginləşdirilmiş uran ehtiyatlarını 50 faiz artırıb və hazırda nüvə yanacağı müqavilədə göstəriləndən (icazə verilən həddən) səkkiz qat artıqdır. İndiyə qədər Tramp və köməkçiləri İranı danışıqlar masasına gətirmək üçün uğursuz cəhdlər edib.

Ötən həftə iranlı siyasətçi Hüsaməddin Aşena tvit atıb ki, Donald Tramp noyabrda prezident seçilməyəcəyini bilir və buna görə də, Tehrana Obamadan daha çox güzəştlər verməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər