NATO Ukrayna ilə bağlı qərar verdi
Tarix: 13-06-2020 13:48 | Bölmə: Slayd
NATO Ukrayna ilə bağlı qərar verdi

Şimali Atlantik Müqaviləsi İttifaqı (NATO) Ukraynaya “İnkişaf etmiş imkanlar ortağı” statusunu verib.

Reyting.az
-ın məlumatına görə, NATO-nun açıqlamasında bu qərarın Ukraynanın NATO ilə bağlı məqsədlərinin həyata keçirilməsinə böyük təsir göstərəcəyi, habelə bu status Ukraynanın NATO tərəfindən qəbul edilməsinin göstəricisi olduğu bəyan edilib.

NATO-nun açıqlamasında Ukraynanın Əfqanıstan və Kosova kimi bölgələrdə Şimali Atlantik Müqaviləsi İttifaqının fəaliyyətinə dəstək verdiyi də ifadə olunur. Amma belə bir statusun verilməsinin Ukraynanın NATO üzvlüyünə qarantiya mənası daşımadığı vurğulanır.

Ukrayna hökuməti NATO-nun bu qərarını məmnuniyyətlə qarşılayıb. Ukrayna hökumətinin açıqlamasında bu statusun NATO üzvüləri ilə NATO müttəfiqi olan ölkələr arasında əməkdaşlığın artırılmasına təsir edəcəyi bildirilir. Rəsmi Kiyev əlavə edib ki, bu status Ukraynanın NATO-nun bütün əməliyyatlarına çıxış imkanı yaradacaq.

Qeyd edək ki, NATO-nun Genişləndirilən Fürsətlər Proqramı 2014-cü ildən tətbiq olunur. Avstraliya, Finlandiya, İsveç və Gürcüstan genişləndirilən fürsətlər ortağı statusunu əldə edib.

Ukrayna 2019-cu ildən NATO və Avropa Birliyini milli hədəf elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər