14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Xarici İşlər Nazirliyinin daha iki əməkdaşı saxlanılıb - Foto
Tarix: 10-07-2020 16:11 | Bölmə: Slayd
Xarici İşlər Nazirliyinin daha iki əməkdaşı saxlanılıb

Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) yeni saxlanılanlar var.

Bu barədə məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də daha iki nəfər tutulub.

Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

"Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İlqar Əliyev iyulun 7-də tutulub. İyulun 9-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır", - mənbə belə deyib.

Reyting.az Virtualaz.org-a istinadla xəbər verir ki, saxlanılanların hər ikisinə qarşı CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb: "Onlara verilən ittiham, əsasən, rüşvətlə viza düzəldilməsiylə bağlıdır".

Səbail Rayon Məhkəməsindən də İ. Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsini təsdiqləyiblər.

Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) XİN-də keçirdiyi əməliyyat nəticəsində tutulanların sayı 5-ə çatıb.

Xarici İşlər Nazirliyinin daha iki əməkdaşı saxlanılıb

Xatırladaq ki, iyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunmuşdu. Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

F. Mollazadə və S. Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N. Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanır.

DTX-nın yaydığı videogörüntülərdə F. Mollazadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir. Bu maddələrlə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Həbs olunanlar DTX-nın istintaq təcridxanasında saxlanılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}