14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Rusiya Azərbaycana qarşı həm təhrikçi, həm də aradüzəldən olub” – ABŞ nəşri
Tarix: 15-07-2020 19:11 | Bölmə: Slayd
“Rusiya Azərbaycana qarşı həm təhrikçi, həm də aradüzəldən olub”

"1990-cı illərdə rus qoşunları ermənilərin Azərbaycana hücumunu dəstəkləyib və sonra atəşkəsə çağırıb".

Reyting.az
“The Hill”-ə istinadla xəbər verir ki, bunu ABŞ nəşri yazıb.

Məqalədə qeyd olunur ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Liviyada sülh istədiklərini açıqlayıb. O, jurnalistlərə bildirib ki, Rusiya dərhal atəşkəs razılaşması üzərində işləyir. Amma Rusiyanın prosesə bağlılığı şübhə doğurur.

Müəllif yazır: “Rusiya Liviyanın vətəndaş müharibəsində iştirak edib. Birləşmiş Millətlər Təşkilatı may ayında Liviyada “Vaqner Qrupu”ndan 800-1200 rus muzdlunun döyüşdüyünü bildirib. Ukrayna və Suriyanın döyüş bölgələrini də görən özəl təhlükəsizlik şirkəti rus oliqarxı və Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Yevgeni Priqojin tərəfindən idarə olunur.

Rusun bunu inkar etməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Liviyadakı münaqişəni "ən yüksək səviyyədə" idarə etdiyini söyləyib. Öz fikrini sübut etmək üçün mediyaya “Vaqner” liderinin Rusiya Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla apardığı müzakirələrdəki fotoşəkili göstərib”.

Daha sonra qeyd olunur: “Rusiya sülhməramlı rolunu oynayarkən vətəndaş müharibələrində hərbi iştirak taktikasının uzun bir tarixi var. Rusiya qoşunları sülh prosesinə başlayarkən, 1980-ci illərin sonlarında Moldovada vuruşub. 1990-cı illərdə rus qoşunları ermənilərin Azərbaycana hücumunu dəstəkləyib və sonra atəşkəsə çağırıb. 2000-ci illərdə Rusiya sülh danışıqlarına rəhbərlik edərkən Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılmasını dəstəkləyib. Krımın ələ keçirməsindən və Ukraynanın şərqindəki separatçıların gizli dəstəklənməsindən sonra da Rusiya sülhə çağırıb. ABŞ Mərkəzi Komandanlığının komandiri general Cozef Votel bildirib ki, Rusiya həm təhrikçi, həm də yanğınsöndürən rolunu oynayır”.

Müəllif diqqətə çatdırır ki, bu atəşkəslərdən heç biri sülhlə nəticələnməyib. Ən yaxşı halda, münaqişələr "dondurulmuş"; ən pis halda, Rusiyanın güman edilən sülh səylərinə baxmayaraq, hələ də aktiv mübarizə gedir. Bunun son nəticəsi bölgədəki rus hərbi qüvvəsinin institusionalizasiyası olub. Rusiya ordusu Moldovanın separatçı bölgəsi olan Dnestryanıda kazarmalar hazırlayır, Ermənistanda bir neçə hərbi bazası var, Krımı silahlı düşərgəyə çevirib, Abxaziya və Cənubi Osetiyadakı qüvvələri Rusiya ordusuna birləşdirib. Suriya Rusiyaya Tartusdakı dəniz bazasında, o cümlədən xaricdə yerləşmə müddətini uzadıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}