Tovuzda döyüşlər yenidən şiddətlənib – Düşmən hücuma cəhd edir
Tarix: 16-07-2020 09:38 | Bölmə: Slayd
Tovuzda döyüşlər yenidən şiddətlənib – Düşmən hücuma cəhd edir

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizə yenidən hücuma cəhd edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}