14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Milli Məclisin növbədənkənar iclasları keçiriləcək - Yenilənib
Tarix: 31-07-2020 15:25 | Bölmə: Siyasət
Milli Məclisin növbədənkənar iclasları keçiriləcək

Milli Məclisin növbədənkənar iclaslarının keçirilməsi nəzrdə tutulub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ilk iclas avqustun 4-nə planlaşdırılıb.

İclasın gündəliyinə 6 məsələnin daxil edildiyi bildirilir. Bunlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə (birinci oxunuş), “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsidir (birinci oxunuş).

***

Qeyd edək ki, Milli Məclisin Sədri növbədənkənar sessiyanın keçirilməsi ilə bağll sərəncam imzalayıb.

Məlumata görə, Milli Məclisin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixində Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}