Ramiz Mehdiyev və daha bir neçə nəfər Əfv Komissiyasının üzvlüyündən çıxarılıb
Tarix: 08-09-2020 17:39 | Bölmə: Slayd
Ramiz Mehdiyev və daha bir neçə nəfər Əfv Komissiyasının üzvlüyündən çıxarılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyevin fərmana əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.

İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi.

Bundan başqa, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Uktaynadakı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisinin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllimi) Komissiyanın tərkibindən çıxarılıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}