ABŞ və müttəfiqləri Belarusa əlavə sanksiyalar tətbiq etmək istəyir
Tarix: 09-09-2020 08:39 | Bölmə: Slayd
ABŞ və müttəfiqləri Belarusa əlavə sanksiyalar tətbiq etmək istəyir

ABŞ müttəfiqləri ilə birlikdə Belarusa qarşı əlavə sanksiyalar tətbiq etmək imkanlarını nəzərdən keçirir. Reyting.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti ABŞ-ın Dövlət katibi Pompeonun bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda deyilir ki, Belarusda insan haqlarının pozulması və repressiyalarda iştirak edənlərin məsuliyyətə cəlb olunması üçün ABŞ tərəfdaşları və müttəfiqləri ilə birlikdə əlavə hədəf sanksiyaları nəzərdən keçirir.

Dövlət Departamenti Minski öz xalqına qarşı şiddəti dayandırmağa, ABŞ vətəndaşı Vitali Şklyarov da daxil olmaqla haqsız yerə həbs olunanları sərbəst buraxmağa və Belarus cəmiyyətinin həqiqi nümayəndələri ilə konstruktiv dialoqa başlamağa çağırıb.

ABŞ Xarici İşlər Nazirliyi Belarus Müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Maria Kolesnikova, şura üzvləri Anton Rodnenkov və İvan Kravtsovun "qaçırılma xəbərləri" və "xaricə, Ukraynaya zorla qovulma cəhdləri" ilə əlaqədar narahatlığını da dilə gətirib.

Belarus səlahiyyətlilərinə xanım Kolesnikova və haqsız yerə həbs olunanların təhlükəsizliyini təmin etmək məsuliyyətləri bir daha xatırlanır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}