Nazirlik əlil şəxslərin hüquqlarını pozur - Deputat Nazirlər Kabinetinə müraciət edib
Tarix: 10-09-2020 13:57 | Bölmə: Slayd
Nazirlik əlil şəxslərin hüquqlarını pozur - Deputat Nazirlər Kabinetinə müraciət edib

“Bizə daha çox sorğu əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanır. Proses elektronlaşdırılsa da, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir. Vətəndaş “forma 88” adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, parlamentdə təmsil etdiyi Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı verilib: “Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib”.

V. Bayramov əlavə edib ki, demək ola, digər rayonlarımızda da oxşar vəziyyətdir:

“Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşımız, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil. O baxımdan, bizə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edirəm”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}