10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Lukaşenko və Putin “ən ali” mükafat alıblar - Foto
Tarix: 18-09-2020 10:23 | Bölmə: Slayd
Lukaşenko və Putin “ən ali” mükafat alıblar

Harvard Universitetində Nobel mükafatının analoqu olan komik “Şnobel” mükafatının 30-cu təqdimat mərasimi keçirilib.

Reyting.az
“Znak”-a istinadla xəbər verir ki, mükafat təşkilatçıların dediyi kimi, şüarı "əvvəlcə güldürün, sonra düşünün" olan mükafat ən qəribə və ən gülməli, tez-tez şübhəli elmi nailiyyətlərə görə verilir. Bu il mükafatçılar arasında Rusiya, Belarus, ABŞ və digər ölkələrin prezidentləri var.

2020-ci ildə tibbi təhsil sahəsində doqquz dünya lideri mükafat alıb: Vladimir Putin, Donald Tramp, Aleksandr Lukaşenko, həmçinin Braziliya prezidenti Jair Bolsonaro, İngiltərə Baş naziri Boris Conson, Meksika prezidenti Andres Manuel Lopez Obrador, Hindistan Baş naziri Narendra Modi, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan.

“Şnobel” Komitəsi mükafatın onlara "dünyanı koronavirus pandemiyası dövründə siyasətçilərin insanların həyatına və ölümünə elm və həkimlərdən daha güclü təsir göstərə biləcəyini" öyrətdiklərinə görə verildiyini söyləyib.



Təşkilatçılar Lukaşenkonun ikinci dəfə “Şnobel” mükafatını aldığını xatırladıb. O, 2013-cü ildə "Xalqın alqışlarını qadağan etdiyinə görə" işarəsi ilə təltif olunub. Bundan əlavə, təşkilatçılar Lukaşenkoya "əlləri amputasiya olunmuş adamı həbs etdiyinə görə" polis mükafatı da təqdim ediblər.

Əlavə edirik ki, qaliblər ənənəvi olaraq mükafat kimi 10 trilyon Zimbabve dolları alır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}