16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya düşmənlərinə meydan oxuyur: bombardmançı təyyarə 25 saatdan artıq səmada qalıb - Video
Tarix: 21-09-2020 10:01 | Bölmə: Slayd
Rusiya düşmənlərinə meydan oxuyur: bombardmançı təyyarə 25 saatdan artıq səmada qalıb

Rusiyanın “TU-160” model bombardmançı təyyarəsi 25 saatdan artıq səmada qalmaqla rekorda imza atıb

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə İdarə Mərkəzinin komandanı Sergey Kobylaş Rusiya Hava Qüvvələrinə məxsus 2 ədəd “TU-160” uzun mənzilli bombardmançı təyyarənin Şimal dənizi, Sakit okean, Qara dəniz, Şərqi Sibir, Barents dənizi üzərində kəşf və araşdırma uçuşu həyata keçirdiyini açıqlayıb.

Komandan bəyan edib ki, “TU-160” strateji bombardmançı təyyarə uçuş mənzili və müddəti baxımından yeni rekorda imza atıb:

“Rus Hava-Kosmos Qüvvələrinin pilotları 20 min kilometrdən çox yol qət etməklə 25 saatdan artıq havada qalıb. İndiyə qədər bu sinifə aid heç bir təyyarə belə uzun müddətə səmada qalmağı bacarmayıb”.

Bildirilib ki, 6 ədəd “İl-78” təyyarəsi 3 dəfə “SU-160” strateji bombardmançı təyyarəsini səmada yanacaqla təmin edib.

Qeyd edilib ki, “SU-160” təyyarəsini Rusiya Hərbi Hava Qüvvələrinə aid “SU-35” qırıcılarla yanaşı xarici ölkələrin hərbi təyyarələri də müşahidə ediblər.

Xatırladaq ki, buna qədər bombardmançı təyyarələr içərisində ən çox səmada qalma müddəti 24 saat 24 dəqiqə olub.

Onu da qeyd edək ki, bəzi hərbi ekspertlərin qənaətincə Rusiya bu hərbi-texniki uğuru ilə düşmən dövlətlərə meydan oxuyur.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}