MN: "Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib"
Tarix: 28-09-2020 09:54 | Bölmə: Slayd
MN: "Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib"

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir: "Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}