Ordumuz düşmənin daha iki tankını məhv edib
Tarix: 28-09-2020 13:22 | Bölmə: Slayd
Ordumuz düşmənin daha iki tankını məhv edib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Müdafiə Nazirliyinin yaydığı videoda bir az əvvəl iki ədəd düşmən tankının məhv edilməsi anı əks olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}