Fransa Minsk qrupundan kənarlaşdırılmalıdır
Tarix: 01-10-2020 14:38 | Bölmə: Slayd
Fransa Minsk qrupundan kənarlaşdırılmalıdır

“Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda ağır döyüşlər apardığı dövrdə bizə dost və düşmən münasibət bəsləyən dövlətlər mövqelərini ortaya qoydular”.

Bu sözləri Reyting.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş siyasi analitik Oqtay Qasımov deyib.

O. Qasımov Azərbaycana düşmən münasibəti sərgiləyən iki dövlətin adını - Fransa və İranı xüsusi qeyd edib. Onun fikrincə, Azərbaycanla qonşu “müsəlman-şiə” İran öz ərazisindən 640 TR silah-sursatın Qarabağa keçməsinə şərait yaratmaqla münasibətini ortaya qoyub.


O. Qasımov

O. Qasımov əlavə edib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq Azərbaycanı təhdid etmək cürətini göstərib: “Bu dövlətlərin mövqeyinə uyğun olaraq onlarla münasibətin korrektə olunmasına ehtiyac var. Azərbaycan ictimaiyyəti və siyasi qüvvələri bizə düşmən münasibət bəsləyib arxadan vuran bu dövlətlərə ciddi təpki göstərməli, Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırmasını tələb etməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}