22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Qız Qalası su bəndinə mərmi düşüb? - Foto
Tarix: 09-10-2020 12:50 | Bölmə: Slayd
Qız Qalası su bəndinə mərmi düşüb?

"Qız Qalası bəndinin ərazisinə heç bir raket və ya mərmi düşməyib".

Reyting.az
IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Xudafərin şəhərinin valisi Əli Əmirirad bildirib.

Valinin sözlərinə görə, Azərbaycan Respublikası Ordusunun artilleriya qurğularından atılan reaktiv mərmi Araz çayının o biri tərəfində, Qız Qalası su bəndinin yaxınlığındakı erməni mövqeyinə dəyib.

Əli Əmirirad əlavə edib: "Bununla birlikdə, reaktiv mərmi bizi narahat edir".



Xatırladaq ki, oktyabrın 8-də mediada Araz çayı üzərindəki Qız Qalası bəndinə mərmi düşməsi və nəticədə bəndin iki mühafizəçisinin yaralandığı iddia edilən bir video paylaşılıb.

İran rəsmilərinin açıqlamasına əsasən, Dağlıq Qarabağda müharibə başlayandan bəri İslam Respublikasının sərhədyanı ərazilərinə 30-dan çox mərmi düşüb, iki kənd evinə ziyan dəyib və bir uşaq yaralanıb.

Qeyd edək ki, Xudafərin və Qız Qalası su bəndləri İranla Azərbaycan Respublikası arasında ortaq iqtisadi layihədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər