22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Hikmət Hacıyev brifinqdə: "Problem gələcəyə saxlanılmalı deyil, bu gün həlll olunmalıdır"
Tarix: 10-10-2020 15:20 | Bölmə: Slayd
Hikmət Hacıyev brifinqdə: "Problem gələcəyə saxlanılmalı deyil, bu gün həlll olunmalıdır"

“Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etməkdədir. Moskvada qəbul edilmiş bəyanatdan sonra da Ermənistanın Silahlı Qüvvələrimzə qarşı təxribatı davam etməkdədir”.

Reyting.az
xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bununla bir daha bütün dünya Ermənistanın riyakar siyasətini görməkdədir.“Ötən müddətdə hərbi əməliyyatlar uğurla həyata keçirilib”.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar Ermənsitanın "qələbə" illüziyalarını darmadağın edib: "Ermənistan silahlı qüvvələrinin ön xəttə yerləşdirilən hərbi sistemləri darmadağın edilib. Azərbaycan silahlı qüvvələri uğurlu əməliyyat həyata keçiriblər. Yenə də onlara cavab verməkdə davam edirlər”.

Prezident köməkçisi bildirib ki, status-kvo dəyişdirilib: “Artıq Azərbaycanın bir çox torpaqları işğaldan azad edilib”.

O bildirib ki, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində əməliyyat həyata keçirib: "Atəşkəs sülh prosesi deyil, bu sülh prosesinə aparan yoldur".

Prezidentin köməkçisi deyib ki, bundan sonra proses diplomatik səviyyədə aparılacaq: "Əsas məqsəd ərazi bütövlüyümüzün bərpasıdır".

H.Hacıyev BMT qətnamələrini xatırladıb və bundan sonrakı danışıqlarda spesfik detalların müzakirə istiqamətlərinin öndə olacağını elan edib: "Problem gələcəyə saxlanılmalı deyil, bu gün həlll olunmalıdır". 

O, ölkəmizə beynəlxalq təzyiqlərin olduğunu da deyib: "Lakin İlham Əliyev bu təzyiqlərə mərdi-mərdanə sinə gəlib, gələcəkdir də. Buzim tələbimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində problemin həllidir".

O deyib ki, Ermənistan yenə də təxribatını davam etdirərsə, Azərbaycan özünü müdafiə edəcəkdir.




Bölməyə aid digər xəbərlər