22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Hulusi Akar Şoyqunun qarşısında tələb qoydu: "Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır!"
Tarix: 12-10-2020 17:22 | Bölmə: Slayd
Hulusi Akar Şoyqunun qarşısında tələb qoydu: "Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır!"

Bu gün Türkiyənin Milli  Müdafiə naziri Hulusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hulusi Akar Rusiya Müdafiə naziri ilə söhbətdə Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb: "Atəşkəsə baxmayaraq, Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir, buna son verilməli və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq".

Məlumata görə, tərəflər Qarabağla yanaşı, İdlib və Liviyadakı vəziyyəti də müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər