22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
İlham Əliyev “Tvitter”də növbəti paylaşımını edib - Foto
Tarix: 12-10-2020 23:28 | Bölmə: Slayd
İlham Əliyev “Tvitter”də növbəti paylaşımını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Tvitter" səhifəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hərbi cinayətləri və işğaldan azad edilən ərazilərlə bağlı növbəti dəfə paylaşım edib.

Reyting.az
xəbər verir ki, Prezidentin paylaşımında Gəncə şəhərinin bombardman edilməsinə, mülki şəxslərə qarşı dəhşətli cinayətin törədilməsinə diqqət yönlədilir. Qeyd olunur ki, törədilmiş cinayət Ermənistan rəhbərliyinin həyata keçirdiyi faşizm siyasətinin növbəti təzahürüdür.

Əliyevin daha bir paylaşımı işğaldan azad edilmiş ərazilərdəki gələcək planlarla bağlıdır:

"Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar".





Bölməyə aid digər xəbərlər