Kreml Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsinə reaksiya verib
Tarix: 16-11-2020 14:25 | Bölmə: Slayd
Kreml Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsinə reaksiya verib

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbçi göndərilməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsi ölkə qanunvericiliyində nəzərdə tutulan daxili prosedur məsələsidir”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, məsələ ondadır ki, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq: "Ora Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Bu, Türkiyənin daxili işidir. O ki qaldı Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılığa, bu, Rusiya və Türkiyə ikitərəfli razılaşmasının məhsuludur”.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Layihə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}