Azərbaycan - Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası olub
Tarix: 20-06-2025 16:01 | Bölmə: İqtisadiyyat
Azərbaycan - Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası olub

Bu gün Bakıda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib.

Nazir bildirib ki, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 14-cü iclasına həmsədrlik edib: “Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sənayenin müxtəlif istiqamətləri, energetika, kənd təsərrüfatı, logistika sahələrində tərəfdaşlığın və qarşılıqlı investisiyaların təşviqi üzrə görülən işləri dəyərləndirdik".




Bölməyə aid digər xəbərlər