07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Ermənilər Şuşa-Ağdərə istiqamətində axtarışı dayandırdı: ölən ermənilərin sayı gizlədilir
Tarix: 07-12-2020 12:34 | Bölmə: Slayd
Ermənilər Şuşa-Ağdərə istiqamətində axtarışı dayandırdı: ölən ermənilərin sayı gizlədilir

Ermənilər müharibədə ölən erməni hərbçilərin Şuşa-Ağdərə istiqamətində axtarışını başa çatdırıb.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Bununla belə qeyd edilir ki, Dövlət Təcili Xidmətinin xilasetmə qüvvələri şöbəsinin xilasetmə qrupları həlak olan erməni hərbçilərin cəsədlərinin axtarışını başqa ərazilərdə davam etdirir.

Şuşa-Ağdərə ərazisində döyüş zamanı öldürülən hərbçilərin cəsədlərinin axtarışı və köçürülməsi demək olar ki, başa çatıb. Qeyd edilir ki, hazırda axtarışlar Xocavənd, Əsgəran şəhərləri yaxınlığında, həmçinin Hadrut və Füzuli istiqamətində aparılır. Axtarış işləri yaxın vaxtlarda Azərbaycan dövlətinin nəzarəti bərpa etdiyi Hadrutun cənub istiqamətində və digər yaşayış məntəqələrində də davam etdiriləcək.

Erməni generalı Karen Sərksiyanın ölən, itkin düşən və əsir götürülən erməni hərbçilərinin valideynləri ilə hər gün görüşdüyü qeyd edilir. Bu görüşlərdə xilasedicilərin axtarışları haqda məlumatlar verilir, fikir mübadiləsi aparılır.

O da deyilir ki, Qarabağda xilasetmə qrupları və minaaxtaran bölmələr Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlı qüvvələr ilə birlikdə noyabrın 13-dən bu yana axtarış aparır.

Qeyd edək ki, indiyə qədər erməni tərəfi axtarış zamanı hansı sayda cəsəd tapdığını bildirməyib. Bu isə müəyyən şübhələrə əsas verir.

Yeri gəlmişkən, qeyri-rəsmi məlumatlara görə, itkin düşən erməni hərbi qulluqçularının sayı minlərlədir.




Bölməyə aid digər xəbərlər