07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Prezident ümummilli liderin məzarını ziyarət edib
Tarix: 12-12-2020 10:52 | Bölmə: Slayd
Prezident ümummilli liderin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər