Ankarada “casus ovu”: 3 general, 2 polkovnik saxlanılıb
Tarix: 27-01-2021 14:22 | Bölmə: Slayd
Ankarada “casus ovu”: 3 general, 2 polkovnik saxlanılıb

Bu gün Ankarada hüquq-mühafizə orqanları “casus ovu”na çıxıb.

Reyting.az
xəbər verir ki, səhər saatlarında paytaxtda xüsusi əməliyyat keçirilib.

Nəticədə 3 general həbs edilib. Onlarla birlikdə bir mülki vətəndaş da saxlanılıb. Saxlanılanlar Ankara prokurorluğuna gətiriliblər. İlkin məlumatlarda əməliyyatın FETÖ terror təşkilatı ilə əlaqələri olduğu bildirilib.

Bu hadisənin ardınca Ankarada daha bir əməliyyat baş tutub. Ankara prokurorluğunun keçirdiyi araşdırma çərçivəsində təhlükəsizlik, daxili və ya xarici siyasi faydalar baxımından məxfi saxlanılması lazım olan məlumatları ortaya çıxardıqları üçün daha bir neçə hərbçi saxlanılıb.

Hüquq-mühafizə orqanları sürətlə hərəkətə keçərək ehtiyatda olan iki polkovnik, bir polkovnik-leytenant və daha bir mülki şəxsi saxlayıb. Həbs olunanlar dərhal Ankara Polis İdarəsinə gətirilib və onlardan işin mahiyyətinə dair ifadələr alınıb.

Ankara prokurorluğu hadisəyə dair yazılı açıqlama ilə çıxış edib.

Açıqlamada qeyd edilib ki, Ankara prokurorluğunun terrorla mübarizə araşdırma bürosu tərəfindən aparılan araşdırma çərçivəsində həyata keçirilən texniki izləmə sayəsində əldə olunan dəlillər nəticəsində dövlətin təhlükəsizliyi və maraqları baxımından məxfi qalması vacib olan informasiyaları açıqladıqları üçün 4 şübhəli barəsində həbs qərarı verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}