Məşhur şirkətin rəhbərini Ramiz Mehdiyevin ailə üzvləri tutdurub
Tarix: 29-01-2021 17:27 | Bölmə: Slayd
Məşhur şirkətin rəhbərini Ramiz Mehdiyevin ailə üzvləri tutdurub

“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov “Report”a deyib ki, “Baku Steel Company”nin rəhbəri AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub.


R. Məmmədov

Xatırladaq ki, Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.




Bölməyə aid digər xəbərlər