Kommunikasiyaların açılması Qafqazda ciddi dəyişikliyə səbəb olacaq
Tarix: 29-01-2021 18:49 | Bölmə: Slayd
Kommunikasiyaların açılması Qafqazda ciddi dəyişikliyə səbəb olacaq

Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə Cənubi Qafqazda geosiyasi mənada mühüm proseslər başlayacaq.

Reyting.az
xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan bildirib.

Kommunikasyanın geosiyasi quruluşun ən vacib amili olduğunu bildirən erməni politoloqun fikrincə, Gürcüstan uzun müddət Qafqazda dəhliz rolunu oynayıb və bir növ Qafqazın qapısı funksiyasını yerinə yetirib ki, bu da onun əsasən iqtisadi və geosiyasi əhəmiyyəti olub.

Danielyan hesab edir ki, Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinin əsas faydaçısına çevrilib: “Ancaq indi mənzərə dəyişə və bunun nəticəsində Gürcüstan əvvəlki rolunu itirə bilər”.


S. Danielyan

Politoloq diqqətə çatdırıb ki, Rusiya və Türkiyə arasında Zəngəzur, İcevan və Naxçıvan vasitəsilə kommunikasiya açılarsa, Gürcüstanın rolu azalacaq və bu zaman Gürcüstan limanlarının səmərəliyi şübhə altına düşəcək. Bunun isə həm iqtisadi, həm də geosiyasi nəticələri ola bilər.

“Gürcüstanın artıq Abxaziya dəmir yolunu açmaq ehtimalını müzakirə etməyə başlaması təsadüfi deyil”,- Danielyan bildirib.

Erməni politoloqun fikrincə, Gürcüstan xarici siyasəti dəyişməklə öz rolunu bərpa edə bilər: “Dəmiryolu Naxçıvan vasitəsilə İrana, dolayısı ilə Fars körfəzinə və hətta Hindistana işləyərsə, bu, əslində Abzaxiya dəmiryolunun başlaması üçün yeganə fürsət olacaq. Tranzit üçün pul almaq, həmçinin Gürcüstan limanlarının səmərəliyini artırmaq baxımından”.

“Bu vəziyyətdə Gürcüstan və Rusiya arasında qarşılıqlı iqtisadi asılılıq artacaq və Gürcüstan xarici siyasətini dəyişəcək”, - deyən erməni politoloq vurğulayıb ki, bu, artıq geniş miqyaslı geosiyasi dəyişikliklərin başlanğıcıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər