Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad olunub - Yenilənib
Tarix: 01-02-2021 11:03 | Bölmə: Slayd
Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad olunub

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə Təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.(Report)

***

Məhəbbət Vəliyevanın Təhsil nazirinin müavini vəzifəsindən çıxarılmasının səbəbi məlum olub.

Təhsil Nazirliyindən bildirilib ki, M. Vəliyeva öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər