Bayden ABŞ-ın xarici siyasət planlarını açıqladı: hədəfdə Çin və Rusiyadır
Tarix: 05-02-2021 11:12 | Bölmə: Slayd
Bayden ABŞ-ın xarici siyasət planlarını açıqladı: hədəfdə Çin və Rusiyadır

ABŞ prezidenti Con Bayden prezidentliyə başladığı müddətdə ilk ziyarətini Dövlət Departamentinə edib. Amerika diplomatları qarşısında çıxış edən Bayden ABŞ-ın yaxın dövr üçün aparacağı xarici siyasətə toxunub.

Reyting.az
xəbər verir ki, Baydenin Dövlət Departamentində çıxışı və işlətdiyi ifadələr Moskva və Pekin üçün sensasiya sayıla bilər.

“Amerika geri döndü, diplomatiya geri qayıtdı”, - mesajını verən Bayden administrasiyasının hər sahədə diplomatik qurumları daha çox istifadə edəcəyini və beynəlxalq ittifaq əlaqələrinə əhəmiyyət verəcəyini diqqətə çatdırıb.

ABŞ-ın Rusiya və Çinlə qlobal səviyyədə rəqabət apardığını vurğulayan Bayden bəyan edib ki, sabahkı ABŞ rəhbərliyi Çinin artan ambissiyaları və Rusiyanın Amerika demokratiyasını pozmaq üçün hərəkətlərinə qarşı yeni sürət almalıdır.

Dünyada sülhün qorunub saxlanılması üçün Moskva hökuməti ilə Yeni Strateji Silahların Azaldılmasında dair Müqavilənin (Nev START) daha 5 il uzadılması mövzusunda həmrəy olduqlarını xatırladan Bayden bununla yanaşı Putin hökumətini tənqid də edib: “Rusiyanın aqressiv hərəkətləri qarşısında ABŞ-ın boyun əydiyi günlər artıq başa çatıb”.

Rusiyanın ABŞ-dakı prezident seçkilərinə kibermüdaxilələr cəhdinin və təhlükəsizliklə bağlı meydan oxumalarının fərqində olduğuna diqqət çəkən Bayden rus müxalifət lideri Aleksey Navalnının dərhal və şərtsiz azadlığa buraxılmasını istəyib.

Çinin ABŞ üçün ən ciddi rəqib olduğunu dilə gətirən Bayden “Ən ciddi rəqibimiz Çinin ölkəmizin çiçəklənməsi, təhlükəsizliyimiz və demokratik dəyərlərimiz üçün meydan oxumasının fərqindəyik. ABŞ-ın maraqlarına uyğun olduğu təqdirdə Pekinlə işləməyə hazırıq”, - ifadələrini işlədib.

Bayden eyni zamanda Çinin insan haqları, əqli mülkiyyət hüquqları və qlobal idarəetmə problemlərinə ABŞ olaraq cavab verəcəklərini xüsusilə vurğulayıb.

Pentaqonun ABŞ-ın qlobal hərbi varlığını gözdən keçirdiyini və bu məsələdə ABŞ-ın güclü duruş sərgiləcəyini qeyd edən Bayden bu mərhələdə Almaniyadan ABŞ hərbçilərinin çıxarılması mərhələsinin dondurulduğunu deyib.

ABŞ-ın artıq Paris İqlim Müqaviləsinə qayıtdığına diqqət çəkən ABŞ lideri 2021-ci ildə iqlim dəyişikliyi ilə bağlı liderlərin iştirakı ilə Zirvə Görüşünün keçiriləcəyini bildirib.

Bayden əlavə edib ki, Donald Tramp dövründə sayı ciddi şəkildə azaldılan illik qaçqın qəbulu kvotasını yenidən 125 min civarına çıxaracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər