ABŞ Çin iqtisadiyyatını çökdürmək istəyir
Tarix: 08-02-2021 12:34 | Bölmə: Slayd
ABŞ Çin iqtisadiyyatını çökdürmək istəyir

ABŞ prezidenti Bayden yaxın 4 il ərzində Çinlə bağlı aparacaqları siyasətin ilkin mesajlarını verib.

Reyting.az
-ın məlumatına görə, sabiq prezident Trampın aqressiv Çin siyasətindən sonra ABŞ-ın yeni hökumətinin rəsmi Pekinlə bağlı siyasəti dünyanın aparıcı mütəxəssislərinin diqqət mərkəzində olub.

İqtisadi sahədə ABŞ-ı daban-dabana izləyən Çinin 2030-cu ildən sonra dünya hegomonluğuna sahiblənmək istəyini nəzərə alsaq, ABŞ-ın Çin siyasətinin istiqaməti son dərəcə əhəmiyyətli hesab oluna bilər. Çünki bu siyasət dünyanın istiqamətini dəyişmək üçün ciddi təkan olacaq.



Bayden elan edib ki, Çinlə münasibətlər qarşıdurma xarakterli olmayacaq, daha çox rəqabət üzərində qurulacaq.

Bayden CBS telekanalına müsahibəsində ABŞ-Çin əlaqələrinin əvvəlki prezident Trampın dövründəki münasibətlərdən fərqli yanaşma üzərində qurulacağını bəyan edib: “Aşırı rəqabət olacaq, amma bunu Çinin bildiyi kimi etməyəcəyik”.

Çinin dövlət lideri Si Cinpinlə tanış olduğunu xatırladan Bayden onun barəsində maraqlı qiymətləndirmə də aparıb: “Hər ikimiz dövlət başçısının köməkçisi olarkən tanış olmuşuq. Si çox ağıllı, çox sərt, amma bədənində tək bir kiçik demokratik sümüyü olmayan şəxsdir”.



Si ilə ilk görüşü zamanı münasibətlərin qarşıdurmaya ehtiyacı olmayacağını deyəcəyini dilə gətirən Bayden əlavə edib ki, münasibətlər rəqabətə söykənəcək, amma bunu onların bildiyi kimi etməyəcəyik: “Çünki Si də bunun işarətlərini verir”.

Bayden əlavə edib ki, Tramp hökumətindən fərqli olaraq münasibətlər beynəlxalq şərtlərə uyğun olacaq.

Məlumat üçün qeyd edək ki, Bayden fevralın 4-də Çinin qlobal səviyyədə ABŞ-ın əsas rəqibi olduğunu bəyan edib. Bununla da məlum olur ki, ABŞ Çinlə hərbi qarşıdurmaya getməyəcək, lakin münasibətləri saxlamaqla bu ölkənin iqtisadiyyatını dağıtmaq kursu götürəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər