ABŞ-ın xanım vitse-prezidenti tənqidçilərin hədəfinə çevrilib - Fotolar
Tarix: 08-02-2021 19:51 | Bölmə: Slayd
ABŞ-ın xanım vitse-prezidenti tənqidçilərin hədəfinə çevrilib

ABŞ vitse-prezidenti Kamala Harris libasının markası ilə gündəmə çevrilib.

Reyting.az
“Tabnakbato”-ya istinadla xəbər verir ki, o, “Dolce & Gabbana” firmasına məxsus paltarlar geyir.

İtaliya moda evinin paltarlarını geyindiyi üçün Ağ Ev və xalq arasında xanım Harris təpki ilə üzləşib.

Bunun iki səbəbi var:



birincisi, Ağ Ev qadınları bu günə qədər geyim-keçimdə ABŞ-ın yerli markalarından istifadə ediblər. Bununla da onlar həm yerli markanı tanıtmaq, həm də yerli malların istehlakını təşviq edib və ABŞ sənayesini dəstəkləməyə çalışıblar.

Digər tərəfdən, “Dolce & Gabbana” irqçi bir keçmişə sahibdir.

Bu yaxınlarda şirkət axşam paltarının təqdimatında qırmızı paltarlı gözəl bir çinli xanımın çubuqla “spagetti” və “pizza” yeməyə çalışdığı dördhissəli bir tanıtım filmi çəkib.



Çinlilər və digər Uzaq Şərq xalqları bu filmin irqçi bir görünüşə sahib olduğuna inanır, çünki bu tanıtım filminin əvvəlində asiyalı xanım Avropa yeməyi gördüyünə görə çox sevinir...

Tənqidçilər deyirlər ki, reklam çarxının rejissorları Asiya xalqlarını ac və ibtidai kimi göstərmək istəyiblər. Digər tərəfdən, bu tanıtım filminin fonunda bir kişi çinli xanımla danışır. Bir qadın taxtadan bir qaşıqla yeməyini ağzına yaxınlaşdırmağa çalışanda, bunu edə bilmir və s.



Tanıtım filmi Avropada, ABŞ-da və Asiyada çoxları tərəfindən ciddi şəkildə tənqid olunub.

Çoxları Ağ Ev rəsmisinin “Instagram” səhifəsində mənfi şərhlər yazıb. “Newsweek” nəşri isə hətta tənqidi məqaləsində qeyd edib: “Harris vitse-prezident olmağa yaramır”.

Xatırladaq ki, Kamala Harris andiçmə mərasimində Amerika markalı geyimlər geyinmişdi.


Reyting.az




Bölməyə aid digər xəbərlər