Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu minaya düşüb
Tarix: 09-02-2021 13:29 | Bölmə: Slayd
Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu minaya düşüb

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu - Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Reyting.az
-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildiriblər ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

"Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub.(APA)




Bölməyə aid digər xəbərlər